AZ

Fati "Barselona"nı bu kluba dəyişir

"Barselona"nın hücumçusu Ansu Fati karyerasını İspaniya çempionatında başqa klubda davam etdirə bilər.

90deqiqe.Az-ın "Todofichajes"ə istinadən verdiyi xəbərə görə, “Selta” 22 yaşlı futbolçunu sıralarına qatmaq istəyir. Tərəflər arasında artıq ilkin danışıqlar başlayıb.

Fatinin potensial transferi Transfermarkt tərəfindən cəmi 5 milyon avro dəyərində qiymətləndirilir.

Futbolçu 2027-ci ilin iyun ayının sonuna qədər Blaugrana ilə müqavilə öhdəlikləri ilə bağlıdır.

Seçilən
13
90deqiqe.az

1Mənbələr