AZ

“Tottenhem” Mourinyonu geri qaytarmaq istəyir

Türkiyənin “Fənərbağça” klubunun baş məşqçisi Joze Mourinyo “Tottenhem”ə qayıda bilər.

90deqiqe.Az-ın "Todofichajes"ə istinadən verdiyi xəbərə görə, London klubunun rəhbərliyi 62 yaşlı mütəxəssisi dəvət etməkdə maraqlıdır.

Bildirilir ki, Mourinyonun qayıdışı ilə bağlı işlərə yalnız Ange Postekoglou ilə yolların ayrılması barədə yekun qərar verildikdən sonra başlana bilər.

Xatırladaq ki, Mourinyo 2019-2021-ci illərdə “Tottenhem”ə rəhbərlik edib. Portuqaliyalı klubla birlikdə kuboku qazanmağa yaxın olsa da, Liqa Kubokunun finalına bir neçə gün qalmış qovulub, bundan sonra “Spurs” rəhbərliyini dəfələrlə tənqid edib. 33 turdan sonra "Tottenhem" Premyer Liqanın turnir cədvəlində 16-cı yerdədir.

Seçilən
6
90deqiqe.az

1Mənbələr