AZ

ABŞ-İran danışıqlarının üçüncü raundu başa çatdı

Omanda ABŞ və İran arasında dolayı danışıqların üçüncü raundu başa çatıb.
 
Oxu.Az xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti məlumat yayıb.
 
Məlumata görə, İran və ABŞ-dən olan ekspertlərdən ibarət nümayəndə heyətləri gələcək razılaşma ilə bağlı hər iki tərəfin gözləntiləri və tələblərinə dair bəzi detalları dəqiqləşdirə biliblər.
 
Qeyd olunur ki, hər iki danışıq qrupu hakimiyyətdən əlavə göstərişlər almaq üçün ölkələrinə qayıtmağa məcbur olduğundan dialoqun hazırkı mərhələsi başa çatıb.
Seçilən
4
1
moderator.az

2Mənbələr