AZ

Husilər İsrailin Nevatim hava bazasına hipersəsli raketlə hücum ediblər

Yəmənin "Ənsar Allah" (husilər) hərəkatının nümayəndələri İsrailin Nevatim hava bazasına hipersəsli ballistik raketlə hücum ediblər.

Sitat.info- nun verdiyi məlumata görə, bu barədə husilərin hərbi nümayəndəsi Yəhya Sariya məlumat verib.

Bildirilir ki, hava bazasına "Fələstin-2" hipersəsli ballistik raketi ilə zərbə endirilib. O da qeyd edilib ki, İsrailin hava hücumundan müdafiə sistemləri "uğurla hədəfinə çatan" raketi ələ keçirə bilməyib.

İsrail ordusu isə Yəməndən buraxılan raketin İsrail hava məkanına daxil olmadan məhv edildiyini açıqlayıb.

Ordunun mətbuat xidmətinin yaydığı məlumata əsasən, döyüş sursatı hava sərhədindən kənarda zərərsizləşdirilib və ölkənin bir neçə bölgəsində hava həyəcanı siqnalları səslənib.

Seçilən
25
sitat.info

1Mənbələr