BAKI, 26 aprel. TELEQRAF
Ermənistan müxalifətinin nümayəndələrinin əksəriyyəti Rusiya agentidir.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın “Respublika Naminə” Partiyasının sədr müavini Arnold Bleyan deyib.
Siyasətçi sabiq prezidentlər Robert Köçəryan və Serj Sərkisyanı Ermənistanı Rusiyanın quberniyasına çevirməklə, dövlətçiliyi məhv etmək niyyətində ittiham edib: “Məqsədləri Ermənistanın dövlətçiliyini ləğv etməkdir. Bunun da yolu (Rusiya ilə) ittifaq dövlətinə daxil olmaqdan keçir”.
Bleyan əlavə edib ki, bu qüvvələrin Ermənistan baş naziri vəzifəsinə namizədləri yoxdur:
“Onların baş nazirliyə namizədləri yoxdur, amma quberniya üçün namizədləri var. Çünki müxalifətin hazırkı məqsədi ölkənin parçalanması bahasına olsa belə, fitnə-fəsad salmaq və hakimiyyətin devrilməsi üçün zəmin hazırlamaqdır. Ermənistan rus agentlərindən təmizlənməlidir”.