AZ

"Arsenal"ın 200 milyonluq planı üzə çıxdı

"Arsenal" mövsümlərarası fasilədə iki böyük transfer etməyi planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə “Fichajes” məlumat yayıb.

London klubu ulduz hücumçuları heyətinə qatmaq istəyir. "Topçular" "Atletik Bilbao"dan Niko Uilyams və "Nyukasl"dan Alexander İsaka göz dikib.

İspaniyalı vinger 60 milyon, isveçli hücumçu üçün isə 140 milyon avroya başa gələcək. "Arsenal" rəhbərliyi klub tarixinin ən bahalı transfer dövrünü həyata keçirməyə hazırdır.

Seçilən
8
publika.az

1Mənbələr