Manuel Noyer ilə bağlı sevindirici xəbər yayılıb.
O, ümumi qrupda məşqlərə başlayıb. 39 yaşlı qapıçı “Bavariya”ya son oyunlarda zədə səbəbindən kömək edə bilməyib. DÇ-2014-ün qalibi olan Manuel martın əvvəlində sıradan çıxmışdı. O, bərpa prosesi zamanı baldır əzələsində növbəti problemlə üzləşmişdi.
Noyer “Bavariya”da 2011-ci ildən çıxış edir. Onun klubla müqaviləsini birilliyə yenilədiyini də qeyd edək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta