AZ

Bir söz, üç emoji: Kiyev Zelenski və Trampın görüşünü belə təsvir etdi

Ukrayna Prezidentinin Aparatının rəhbəri Andrey Yermak Ukrayna və ABŞ prezidentləri Vladimir Zelenski və Donald Trampın görüşünü bir söz və üç emoji ilə təsvir edib.

Publika.az xəbər verir ki, Yermak bu barədə “Telegram” kanalında paylaşım edib.

O, Vatikanda Roma Papası Fransisklə vida mərasimində Zelenski və Trampın təkbaşına oturarkən çəkilmiş fotosunu paylaşıb.

Yermak bu paylaşıma “konstruktiv şəkildə" şərhini yazaraq, ABŞ və Ukrayna bayraqları ilə əl sıxma emojisi əlavə edib.

Seçilən
15
publika.az

1Mənbələr