AZ

"Çelsi" ona ikiqat maaş TƏKLİF ETDİ

"Çelsi" Dortmund "Borussiya"sının futbolçusu Ceymi Bynoe-Gittensi transfer etməyə xüsusi maraq göstərir.

Bizim.Media xəbər verir ki, bu barədə insayder Florian Plettenberq məlumat yayıb.

Bildirilib ki, hazırda tərəflər arasında danışıqlar aparılır. London klubu 20 yaşlı cinah oyunçusunun maaşını ildə 3 milyon avrodan 6-7 milyon avroya qədər artırmağa hazırdır.

"Borussiya" isə Ceymini satmağa müsbət yanaşır. Klub 50-60 milyon avroluq təklifləri nəzərdən keçirəcək.

Bu mövsüm hücumçu bütün turnirlərdə 44 matçda iştirak edib, 12 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.

Bizim.Media

Seçilən
3
4
bizim.media

5Mənbələr