Nəhayət, Leroy Sane ilə bağlı şayiələrə son qoyulub.
O, klubu ilə yenidən anlaşıb. 29 yaşlı yarımmüdafiəçi “Bavariya” ilə müqaviləsinin müddətini 3 illiyə artıracaq. Tərəflərin artıq razılığa gəldikləri haqda məlumatı “Bayern & Germany” yayıb. Bu mənbə yeni müqavilənin gələn həftə rəsmiləşəcəyini də qeyd edib. Sanenin yeni mövsümdən ilə 10 milyon avro maaş alacağı, üstəlik bonus kimi 5 milyon avroya qədər irəli düşə biləcəyi də məlum olub.
Leroy Almaniya klubunda 2020-ci ildən çıxış edir. O, bundan əvvəl “Şalke-04”ün və “Mançester Siti”nin formasını geyib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta