AZ

Apteklərdə bu preparat limitlə satılır - Səbəb nədir?VİDEO

“Əvvəl aktiv kömür preparatının qiyməti 20 qəpik idi, hal hazırda isə 35 qəpikə satılır”. Bu sözləri “Xəzər Xəbər”ə Bakıda əczaçı Qalib Məmmədov deyib. 

“1 ay öncə Tarif Şurası bir çox dərmanın qiymətlərində dəyişiklik etdi.  60-65-ə yaxın preparatın qiymətində dəyişiklik oldu. O cümlədən aktiv kömürün də qiymətində yüksəliş oldu. Əvvəl onun qiyməti 20 qəpik idi, hal hazırda isə 35 qəpikə satılır. Qiyməti bahalaşdıqdan böyük dərman şirkətləri apteklərin satışından asılı olaraq həmin preparatı limitlərlə buraxmağa başladı. Elə apteklər var ki, onun satışı çox olduğuna görə ona gündə 100-150 ədəd,  elə aptek də var ki, onun satışı azdır deyə ona 10-15 ədəd aktiv kömür  buraxır. Buna görə də aptek də məcburdur ki, alıcılara həmin aktiv kömürü limitlərlə satsın”, - deyə Qalib Məmmədov bildirib.

Daha ətraflı videomaterial “Xəzər Xəbər”in 21:00 buraxılışında təqdim olunacaq.

Seçilən
22
xezerxeber.az

1Mənbələr