GÖYGÖL, 26 aprel. TELEQRAF
Göygöl sakini şüşə ilə damarını kəsib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, Göygöl rayon sakini 1998-ci il təvəllüdlü Natiq Həsənov ehtiyatsızlıqdan damarını kəsib.
Belə ki, 27 yaşlı N.Həsənov sərxoş halda pəncərini qolu ilə sındırıb və nəticədə damarı kəsilib. Xəstəxanaya yerləşdirilən şəxsin vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.