AZ

Maştağa sakinləri yolun bərbad vəziyyətdə olmasından şikayətçidirlərVİDEO

Bakının Maştağa qəsəbəsi, Pərviz Səmədov küçəsində yaşayan sakinlər yolun uzun müddətdir ki, bərbad vəziyyətdə olmasından şikayətçidirlər.

Onların sözlərinə görə, qəsəbədə kanalizasiya sistemi olmadığı üçün hər dəfə yağış yağdıqdan sonra məhəllənin yolları və həyətlər su içində olur.

Ərazidə yaşayan sakinlər “Xəzər Xəbər”ə bildiriblər ki, uşaqlar məktəbə gedib-gəlməkdə də çətinlik çəkirlər. Məcburiyyətdən sakinlər uşaqların ayağına sellofan torba geyindirib məktəbə yola salırlar. 

Daha ətraflı videomaterial “Xəzər Xəbər”in 21:00 buraxılışında təqdim olunacaq.

Seçilən
21
xezerxeber.az

1Mənbələr