"Çelsi" Dortmund "Borussiya"sının cinah oyunçusu Ceymi Baynoe-Qittens transfer etməkdə xüsusi maraq göstərir.
90deqiqe.Az “Sky Sport Germany"ə istinadən xəbər verir ki, hazırda tərəflər arasında danışıqlar aparılır.
London klubu ingilis futbolçunun maaşını ildə 3 milyon avrodan 6-7 milyon avroya qədər artırmağa hazırdır.
"Bumblebees" 20 yaşlı futbolçunu satmağa açıqdır və 50-60 milyon avroluq təklifləri nəzərdən keçirəcək.
Bu mövsüm hücumçu bütün turnirlərdə 44 matçda iştirak edib, 12 qol vurub və 5 məhsuldar ötürmə edib. Baynoe-Qittens klubla hazırkı əmək müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 50 milyon avrodur.