AZ

Qaynar su ilə çimmək bu xəstəliklərə SƏBƏB olur – XƏBƏRDARLIQ

Araşdırmalara əsasən tez-tez isti vanna və ya duş (40 C və bundan artıq) qəbul etmək sağlamlıq üçün çox ziyanlıdır.

Bizim.Media xəbər verir ki, çox isti su ilk növbədə insanın ürək-damar sisteminə mənfi təsir edir, ürəyə olan gərginliyi artırır.
 

Məlumat üçün bildirək ki, sizdə ürək-damar sistemi xəstəlikləri varsa, yalnız ilıq suda çimin. Vanna qəbul etdikdə yarıoturaq vəziyyətdə olun, su döş qəfənizdən yuxarı qalxmamalıdır.


Həkimlərin fikirinə görə, insan sağlamlığı üçün ən komfortlu və ziyansız su temperaturu 37-38 C təşkil edir.

Damar problemləri olan qadınlar da isti vanna və ya duş qəbul etməməlidir. Bu xəstəliyin gedişatına mənfi təsir edir, xəstə damarların vəziyyətini daha da pisləşdirir.

Hipertoniyadan (yüksək təzyiq) əziyyət çəkən insanlarda isti su təzyiqin qalxmasına səbəb ola bilər.

Tez-tez isti vanna və ya duş qəbul edən kişilərdə spermanın göstəriciləri pisləşir. Bu səbəbdən kişi sonsuzluqan əziyyət çəkirsə ilıq duşla kifayətlənməlidir.

Hamiləliyi planlaşdıran qadınlar da isti duş və vannalardan imtina etməlidir. Çox isti su mayalanmış yumurta hüceyrəsinin uşaqlığın divarına birləşməsinə mane olur və hətta dölsalmaya səbəb ola bilər.

Eyni zamanda isti su dəriyə və saçlara çox mənfi təsir edir. Dərinin piy qatı yuyulur ki, nəticədə dəri quruyur, daha tez qocalır. İsti su saçların keyfiyyətini pisləşdirir. Saçları yağlı olan insanlar üçün isti su əks-göstərişdir. İsti suyun təsirindən piy vəzilərinin aktivliyi artır, onlar daha çox piy ifraz etməyə başlayır ki, nəticədə saçlar daha tez yağlanır.

Bizim.Media

Seçilən
18
bizim.media

1Mənbələr