"İspaniya"nın "Real" klubunun hücumçusu Kilian Mbappe bu gün "Barselona"ya qarşı keçiriləcək İspaniya kubokunun finalında iştirak edə bilməyəcək.
Missiya.Az Report-a istinadən xəbər verir ki, fransalı futbolçunun hələ də fiziki cəhətdən hazır olmadığı təsdiqlənib.
Fransa millisinin üzvü UEFA Çempionlar Liqasının 1/4 finalında "Arsenal"la cavab oyununda (1:2) topuğundan zədə alıb. O, İspaniya çempionatının XXXII turunda "Atletik" ilə matçda da (1:0) iştirak etməyib.
Qeyd edək ki, "El-Klasiko" bu gün Bakı vaxtı ilə 00:00-da Sevilyadakı Olimpiya stadionunda baş tutacaq.