Mahir Emrelinin çıxış etdiyi "Nürnberq" bu gün Bundesliqa 2-də növbəti oyununa çıxacaq.
Offsideplus.az xəbər verir ki, Miroslav Klozenin yetirmələri Düsseldorf səfərinə yollanıb. Onlar burada yerli "Fortuna Düsseldorf" ilə qarşılaşacaq.
Mahir son 2 matçda 3 qol vurmağı bacarıb. Azərbaycan yığmasının hücumçusu bu görüşdə seriyasını davam etdirməyə çalışacaq.
"Nürnberq" 44 xalla 8-ci, rəqibi isə 48 xalla 6-cı yerin sahibidir.
Bundesliqa 2
22:30 "Fortuna Düsseldorf" - "Nürnberq"