AZ

İkinci Dünya müharibəsindən qalma döyüş sursatları partladı: Yaralılar var

Sloveniyada tikinti işləri zamanı İkinci Dünya müharibəsindən qaldığı güman edilən sursatlar partlayıb.

Publika.az xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Bildirilib ki, səhər saatlarında paytaxt Lyublyana yaxınlığındakı Rozna Doline ərazisində tikinti sahəsində partlayış baş verib. Partlayış nəticəsində 2 işçi ağır yaralanıb.

Açıqlamada işçilərin həyatlarının hələ də təhlükə altında olduğu vurğulanıb: "Yaralılar Lyublyana Universitet Xəstəxanasına aparılıb. Partlayışın səbəbi bəlli deyil. Lakin ilkin məlumatlara görə, İkinci Dünya müharibəsindən qalma kiçik hərbi sursatlar partlamış ola bilər”.

Seçilən
10
publika.az

1Mənbələr