“Los Angeles Lakers”ın forvardı, NBA-in dördqat çempionu LeBron Ceyms “Minnesota Timberwolves”lə pley-off seriyasının ilk mərhələsinin üçüncü oyunu ərəfəsində komanda yoldaşı, sloveniyalı ulduz mühafizəçi Luka Donçiçin səhhətindəki problemlərə münasibət bildirib.
90deqiqe.Az xəbər verir ki, "ESPN" 40 yaşlı oyunçunun dediklərini belə çatdırıb.
“Aydındır ki, onun xəstəliyi komandamıza təsir edir. Luka fevral ayından bəri komandamıza böyük töhfə verib və qazandığımız uğurlarda mühüm rol oynayıb. Onun səhhətindəki problem şübhəsiz ki, bizim üçün ciddi itki oldu”.
Qeyd edək ki, üç oyundan sonra hesab 2-1 "Minnesota"nın xeyrinədir.