AZ

Qarabağ Meşəçilik və Təlim Mərkəzinin salınmasına 5 milyon manat xərclənəcək

BAKI, 26 aprel. TELEQRAF

Cəbrayıl rayonunun inzibati ərazisində Qarabağ Meşəçilik və Təlim Mərkəzinin ("Ağıllı Tinglik Sahəsi", "Beynəlxalq Meşəçilik Təlim Mərkəzi" və "Dostluq Meşəsi") salınması və sahədaxili kommunikasiyalar üçün 5 milyon manat xərclənəcək.

Teleqraf xəbər verir ki, bu məqsədlə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti açıq tender elan edib.

Ehtimal olunan qiyməti 5 milyon 57 min 291,20 manat olan müqavilə sahədaxili kommunikasiyaların çəkilməsi işləri də daxildir.

Təchizatçılar təklifləri təqdim etmək üçün 1500 manat iştirak haqqı ödəməlidirlər. Təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi mayın 30-na təyin olunub.

Qeyd edək ki, Meşələrin İnkişafı Xidməti 2023-cü ilə “TVM İnşaat” MMC ilə Cəbrayılda Qarabağ Meşəçilik və Təlim Mərkəzinin (“Ağıllı Tinglik Sahəsi”, “Beynəlxalq Meşəçilik Təlim Mərkəzi” və “Dostluq Meşəsi”) salınması üzrə işlərin satın alınması ilə bağlı 3 milyon 335 min 391 manatlıq müqavilə bağlayıb.

Seçilən
20
3
teleqraf.com

5Mənbələr