AZ

PSJ tarixə düşmək şansını əldən verdi

Fransa çempionu PSJ Avropanın ən yaxşı beş futbol çempionatında 2024/2025-ci illər mövsümündə ilk məğlubiyyətini alan sonuncu klub olub.

Arena.az xəbər verir ki, Paris təmsilçisi dünənə kimi məğlub olmayan yeganə klub olaraq qalırdı.

Bu seriyaya “Nitsa” son qoyub. Sözügedən komanda ötən gecə Liqa 1-in 31-ci turu çərçivəsində səfərdə qarşılaşdığı Paris təmsilçisini 3:1 hesabıyla məğlub edib. Nəticədə parislilərin 2024/2025-ci illər mövsümündəki məğlubiyyətsiz seriyasına son qoyulub. Bu, PSJ-nin cari Liqa 1 mövsümündəki ilk məğlubiyyəti olub. “Nitsa”ya məğlubiyyət sözügedən komandanın tarixə düşmək – bütün mövsümü məğlubiyyətsiz başa vurmaq ümidlərini puç edib.

Bu məğlubiyyət PSJ-nin 30 oyunluq məğlubiyyətsiz seriyasını sona çatdırıb. Paris klubu 1994/1995-ci illər mövsümündə 32 oyunluq məğlubiyyətsiz seriya ilə rekord sahibi olan “Nant”ın rekordunu təkrarlaya bilmədilər.

Qeyd edək ki, PSJ “Barselona” ilə birlikdə mövsümün sonunda trebl qazanmaq şanslarını saxlayan iki Avropa komandasından biri olaraq qalır. Belə ki, komanda vaxtından əvvəl Fransa çempionu olub, UEFA Çempionlar Liqasının yarımfinalına və Fransa Kubokunun finalına yüksəlib.

Seçilən
17
arena.az

1Mənbələr