Sentyabrın 13-də "Hyatt Regency Hotel"də baş tutan tədbirin bağlanış mərasimində Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Səhiyyə nazirinin müavini Rahim Əliyev, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktoru Qəhrəman Haqverdiyev və digər rəsmilər iştirak edib.
Təlim günlərində bloqqer, jurnalist və digər geniş izləyici kütləsi olan sosial şəbəkə istifadəçiləri bu mövzuda önəmli məqamlara toxunaraq təcrübələrini bölüşüblər. Tədbirin bağlanış günü isə iştirakçılar "sağlam həyat tərzinin təbliği" ilə bağlı hazırladıqları maarifləndirici xarakterli videoçarx və digər yaradıcı iş nümunələrini təqdim ediblər.



www.anews.az