Bank Respublika və Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən regionlarda fermer və sahiblarlar üçün "Daha yaxın, daha sərfəli” şüarı altında keçirdiyi kredit yarmarkası sona çatıb.
Avqust-sentyabr aylarında respublikamızın 7
rayonunda keçirilən yarmarkalarda, Bank xüsusi olaraq yaradılmış mobil ofislərdə
2.000-dən çox fermer və
sahibkarı kredit şərtləri ilə tanış edərək onları
maraqlandıran sualları cavablandırıb.
Kredit yarmarkaları Lənkəran, Bərdə,
Sabirabad, Gəncə, Zaqatala, Quba və Xaçmaz şəhərlərində keçirilib. Müştərilərin
rahatlığını tam təmin etmək məqsədilə yarmarkalar şəhərin mərkəzi küçələrində təşkil
edilib və əhalinin kütləvi marağına səbəb olub.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.




www.anews.az