AZ

İran Niderlanda nota verib

Bakı. Trend:

İran Xarici İşlər Nazirliyi Niderland Milli TəhlükəsizlikTəşkilatı tərəfindən İran əleyhinə ittihamlara görə bu ölkəyə sərtetiraz notası verib.

Bu barədə Trendİran Xarici İşlər Nazirliyinə istinadən məlumat verib.

Bildirilib ki, bu gün Niderlandın Tehrandakı səfiri Emil De Bont(Emiel de Bont) İran Xarici İşlər Nazirliyinin Qərbi Avropaölkələri üzrə departamentinin baş direktoru Əlirza Yusifitərəfindən nazirliyə dəvət olunub və bu haqda İranın etirazı onaelan olunub.

İran tərəfi Niderland Milli Təhlükəsizlik Təşkilatının illikhesabatında İran əleyhinə qeyd olunan iddiaları rədd edib və İranınbu ölkədə sui-qəsd əməliyyatında hər hansı müdaxiləsini əsassızadlandırıb.

Yusifi qeyd edib ki, Niderlandda “ehtimal” əsasında İranəleyhinə yönələn əsassız ittihamın irəli sürülməsi və ardıncaİranın Niderlandakı səfirinin Niderland Xarici İşlər Nazirliyinəçağırılması təəssüfləndirici haldır.

Niderland səfiri də notanı öz hökumətinə çatdıracağınıbildirib.

Qeyd edək ki, Niderland Təhlükəsizlik Təşkilatı (AIVD) illikhesabatında İranı Niderland və İspaniyada siyasi müxaliflərəleyhinə iki sui-qəsd keçirməkdə şübhəli tərəf kimi elan edib və butəhdidlərin davam etməsi haqda xəbərdarlıq edib.

Seçilən
10
1
az.trend.az

2Mənbələr