BAKI, 26 aprel. TELEQRAF
"Əsasli Tikinti Və Təchizat" Məhdud Məsuliyyətli Cəmiyyəti bu il oktyabrın 1-7 tarixlərində keçiriləcək "XI Bakı Beynəlxalq Kitab Sərgisi"nin təşkilinə 714 min 541 manat vəsait xərcləməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, qurum işlərin icrasının həyata keçirilməsi məqsədilə tender elan edib və müvafiq şirkət axtarışındadır.
Təkliflərin son təqdimolunma tarixi mayın 19-dur.
Qeyd edək ki, Bakı Beynəlxalq Kitab Sərgisi hər il müntəzəm olaraq təşkil olunur. Ötən ilki "X Bakı Beynəlxalq Kitab Sərgisi" oktyabrın 2-8-də keçirilmişdi.