Cəbrayıl. Trend:
Cəbrayıldan son 92 gün ərzində 875 mina aşkarlanıb.
Trend xəbərverir ki, bunu ANAMA-nın 3 saylı təmizləmə dəstəsinin əməliyyatrəhbəri Qadir Namazəliyev dünya şöhrətli “NomadMania” səyyahklubunun Cəbrayıl rayonuna səfəri zamanı jurnalistlərəaçıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda Cəbrayıl rayonunun Mehdili kəndiərazisində yerləşən mina sahəsi "Mehdili 006/05" sahəsində 92 işgünüdür əməliyyat aparılır:
"Mehdili 006/05" sahəsinin ümumi ərazisi 83 min 511 kv. metrdir.Bugünədək 82.4 faizi yəni 56 min 500 kv. metri minadan təmizlənib.Təmizləmə zamanı 875 ədəd mina, bir ədəd əldəqayırma partlayıcıqurğu aşkarlanıb. Bu qurğular zərərləşdirilib".
Q.Namazəliyev bu günlər ərzində tapılan 720 ədəd piyada əleyhinəminalar ermənilər tərəfindən istehsal olunub:
"155 ədəd tank əleyhinə olan minalar isə rusiya istehsalıdır.Ərazi kənd ərazisi olduğu üçün torpaqda metalla çirklənmə səviyyəsiyüksəkdir. Buna görə də dedektorla işləmək çətin olduğundan əraziyalnız qazma üsulu ilə təmizlənir. Qurğu vasitəsilə 20 sm dərinliyiqazaraq aşkar olunmuş minaların ətrafın təmizləyib, işarələyibrəhbərliyə məlumat verilir. Mina xətti keçməyən yerlərdə isəmexaniki üsulla daha sonra mina axtaran itlərlə təmizlənir".