AZ

Hindistan və Pakistan Kəşmirdə yenidən üz-üzə gəlib

BAKI, TurkicWorld

Hindistan və Pakistan arasında qarşıdurma başlayıb

TurkicWorld xəbər verir ki, Hindistan və Pakistan əsgərləri arasında Kəşmir bölgəsində yenidən qarşıdurma yaşanıb.

Reuters-in məlumatına görə, Kəşmirdə 26 turistin ölümünə səbəb olan və Pakistanlı yaraqlılarla əlaqələndirilən hücumdan sonra tərəflər arasında gərginlik sürətlə artıb. Hindistan Ordusu bildirib ki, Pakistan Ordusunun mövqelərindən de-fakto sərhəd xətti boyunca atəş açılıb. Buna cavab olaraq, Hindistan da diplomatik və hərbi tədbirlər görüb. Pakistan Xarici İşlər Nazirliyi isə Hindistan diplomatlarına qarşı sanksiyalar tətbiq edib və sərhəd qapılarını bağlayıb.

Qeyd edək ki, Hindistan və Pakistan arasında Kəşmir məsələsi 1947-ci ildən bəri ciddi münaqişə mövzusu olaraq qalır. 2003-cü ildə əldə edilən atəşkəs razılaşmasına baxmayaraq, bölgədə vaxtaşırı qarşıdurmalar baş verir və beynəlxalq ictimaiyyət hər iki tərəfi təmkinə çağırır.

Seçilən
40
turkic.world

1Mənbələr