AZ

Prezident İlham Əliyev: Azərbaycan ilə Çinin bərpaolunan enerji resursları ilə bağlı ikitərəfli əlaqələr istiqamətində işləmək üçün həqiqətən də nadir fürsəti var

Bakı. Trend:

Azərbaycan ilə Çinin bərpaolunan enerji resursları ilə bağlıikitərəfli əlaqələr istiqamətində işləmək üçün həqiqətən də nadirfürsəti var.

Trend xəbər verir ki, bunu AzərbaycanPrezidenti İlham Əliyev Pekində CGTN (China Global TelevisionNetwork) telekanalına müsahibəsində deyib.

"Bu vaxtadək Çin şirkətləri investorlarla, Azərbaycanın yaşılenerjisinə sərmayə yatıran şirkətlərlə podratçı qismindəçalışırdılar. Hələ ki, bizim imzaladığımız və icra fazasında olanmüqavilələr bizə 2030-cu ilə qədər 6500 meqavat bərpaolunan enerjiverəcək. Sadəcə, müqayisə üçün deyim ki, Azərbaycanın ümumiquraşdırılmış gücü 8 min meqavat təşkil edir. Beləliklə, beş ildənsonra biz demək olar ki, elektrik enerjisinin bugünkü tutumunu ikidəfə artırmış olacağıq - 6 min meqavat Günəş və elektrikenerjisindən əldə olunacaq, 500 meqavat hidroelektrikstansiyalarından gələcək. Bu, bizim üçün həlledici olacaq. Çünkibiz elektrik enerjisini istehsal etmək üçün əsasən təbii qazdanistifadə etməyi dayandıracağıq. Biz elektrik enerjisini bərpaolunanenerji resurslarından əldə edəcəyik və təbii qazı beynəlxalqbazarlara ixrac edəcəyik və əlbəttə ki, çoxlu mənfəət əldəedəcəyik. Eyni zamanda, biz daxili ehtiyaclarımız üçün enerjiyəqənaət edəcəyik. Biz artıq küçələrdə hərəkət edən elektrikləişləyən 160 avtobus almışıq. Bu, hamını sevindirir. Biz əlavə 200avtobusun alınması üçün podrat müqaviləsi bağlamışıq. Ən vacibi isəodur ki, ümidvaram, biz bu il Azərbaycanda ildə 500 avtobusistehsal etmək gücündə olan BYD-nin elektrik avtobuslarının birgəistehsalına başlayacağıq. Odur ki, bizim planımız Bakının ictimainəqliyyat sistemini, sonra isə Azərbaycanın bütün digər şəhərlərinitamamilə yaşıl nəqliyyata çevirməkdir. Beləliklə, bizim bərpaolunanenerji resursları ilə bağlı ikitərəfli əlaqələr istiqamətindəişləmək üçün həqiqətən də nadir fürsət var. Çünki bu məsələ bizimstrategiyamıza və sizin gündəliyinizə uyğundur", - Prezident İlhamƏliyev bildirib.

Seçilən
10
6
az.trend.az

10Mənbələr