Bakı. Trend:
Azərbaycandan daha çox sayda tələbənin Çinə gəlməsi üçün böyükimkan var.
Trend xəbərverir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Pekində CGTN(China Global Television Network) telekanalına müsahibəsində deyib.
"Azərbaycanda Çin-Azərbaycan Universitetinin yaradılması barədədüşünmək yaxşı fikir olar. Hazırda biz bu imkanın dəyərləndirilməsimərhələsindəyik. Lakin sözsüz ki, insanlar nə qədər çox səyahətedirlərsə, mədəniyyət, xalq barədə nə qədər çox bilirlərsə, ölkələrarasında əlaqələr bir o qədər də daha sıx olur. Çünki, bəli, bizsiyasi qərarlar qəbul edirik, strateji tərəfdaşlarıq. Biz liderlərvə hökumətlər olaraq dostuq. Lakin bizim xalqlarımızın da daha çoxyaxınlaşmasına, onların da dost olmasına ehtiyacımız var", - deyədövlətimizin başçısı vurğulayıb.