“Oyunçular fikrimi dəyişə bilər, hər şey ola bilər. Kazemiro buna ən yaxşı nümunədir”.
Offsideplus.az xəbər verir ki, bunu "Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim deyib. Portuqaliyalı mütəxəssis sözlərinə belə davam edib:
"O, hər zaman oynayır. Mən o cür baş məşqçilərdən deyiləm, oyunçular fikrimi dəyişə bilərlər".
Əlavə edək ki, Amorim "qırmızı şeytanlar"a yeni gələndə Kazemiroya heyətdə yer vermirdi. Ancaq son görüşlərdə braziliyalı futbolçu komandanın dəyişməz üzvlərindən birini çevrilib.