Türkiyədə pensiyaçıları sevindirəcək yeni qərar açıqlanıb.
News24.az xəbər verir ki, rəsmi məlumata görə, həm işləyən, həm də işləməyən pensiyaçı vətəndaşlara əlavə ödənişlər veriləcək.
Əmək və Sosial Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, hər bir pensiyaçıya 5 min türk lirəsi məbləğində əlavə ödəniş təqdim ediləcək. Bu qərar həm dövlət pensiyası alanlara, həm də işləyib əlavə gəlir qazanan pensiyaçılara şamil olunacaq.
Qeyd edək ki, bu təşəbbüs iqtisadi çətinliklər fonunda yaşlı nəsilə dəstək məqsədi daşıyır və may ayından etibarən ödənişlər mərhələli şəkildə həyata keçiriləcək.
Aqil