AZ

"Elliott" BP-dən struktur dəyişikliyi və strategiya rəhbərinin istefasını tələb edib

BAKI, 26 aprel. TELEQRAF

“Elliott Investment Management” neft nəhəngi BP-dən strategiya üzrə rəhbərliyin dəyişdirilməsi və hesabatlılığı artırmaq üçünayrıca bölmələrin yaradılmasını tələb edib.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat verib.

London Fond Birjasının məlumatlarına görə, “Elliott” BP-də 5%-dən bir qədər çox paya sahibdir və o “BlackRock” və “Vanguard” ilə birlikdə əsas səhmdarlardan biridir.

Qeyd edək ki, BP-nin strategiya, dayanıqlılıq və təşəbbüslər üzrə bölməsinəenerji strategiyasının əsas memarlarından biri olan Culya Kierkia rəhbərlik edir.

Kierkia 2020-ci ildə Luninin strategiya rəhbəri kimi “McKinsey & Company” konsaltinq şirkətindən BP-yə qoşulub.

Qordon Birel BP-nin hasilat və əməliyyatlar bölməsinə rəhbərlik edir. Bu bölmə neft kəşfiyyatı və hasilatı kimi karbohidrogen “upstream” fəaliyyətləri ilə yanaşı, adətən “downstream” sahəsinə aid edilən neftayırma zavodlarını da əhatə edir.

Digər tərəfdən, Emma Dileni BP-nin müştərilər və məhsullar bölməsinə rəhbərlik edir. Bu bölmə yanacaq və market pərakəndə satışını əhatə edir və bu fəaliyyətlər digər şirkətlərdə adətən “downstream” kimi təsnif edilir.

Luni 2020-ci ildə baş icraçı direktor olmamışdan əvvəl BP-nin ayrı-ayrı “upstream” və “downstream” bölmələri var idi. Lakin daha sonra neft və qaz hasilatını azaltmaq və bərpa olunan enerji də daxil olmaqla aşağı karbonlu sahələrə böyük investisiyalar yatırmaq planı çərçivəsində bu struktur dəyişdirildi.

Seçilən
10
teleqraf.com

1Mənbələr