"Zirə"nin 2024/25 mövsümünün mükafatçılarından biri olacağı dəqiqləşib.
Offsideplus.az xəbər verir ki, buna XXXII turun “Turan Tovuz” – “Şamaxı” oyunu səbəb olub. Heç-heçə bitən matçdan sonra “Zirə” mükafatlardan birini qazanıb. Bölgə təmsilçisinin qalan 4 turda "qartallar"a çatmaq ehtimalı qalmayıb.
Bu, Bakı klubunun 4-cü mükafatı olacaq. Ötən il də gümüş medalları qazanan "Zirə" eyni uğuru təkrarlamağa yaxındır.