"Qəbələ" ötən gün MOİK-i minimal hesabla məğlub edərək I Liqada çempionluğunu rəsmiləşdirib.
Offsideplus.az xəbər verir ki, bu, "qırmızı-qaralar"ın 2-ci belə uğuru olub.
“Qəbələ” I Liqada 2 dəfə çempionluq yaşayan 6-cı komandadır.
Bu barədə Peşəkar Futbol Liqasının saytı məlumat yayıb.
Daha öncə “Araz Naxçıvan”, MOİK, “Neftçala”, “Qaradağ Lökbatan” və “Turan Tovuz” da eyni uğuru təkrarlayıb.
1-ci Liqada çempion olan bütün komandaları sizə təqdim edirik:
1992. ANS Pivani (Bakı)
1993. Xəzri (Buzovna)
1993/94. Azneftyağ (Bakı) və Zabrat
1994/95. Şəmkir
1995/96. Xəzər (Sumqayıt)
1996/97. Göyçay
1999/2000. Şahdağ (Quba)
2000/01. MOİK (Bakı)
2001/02. Lokomotiv (İmişli)
2003/04. Gənclərbirliyi (Sumqayıt)
2004/05. Şüvəlan (Bakı)
2005/06. Qəbələ
2006/07. Masallı
2007/08. Bakılı
2008/09. ABN (Bərdə)
2009/10. Kəpəz (Gəncə)
2010/11. Abşeron (Bakı)
2011/12. Qaradağ Lökbatan (Bakı)
2012/13. Ağsu
2013/14. Araz Naxçıvan
2014/15. Neftçala
2015/16. Neftçala
2016/17. Turan Tovuz
2017/18. Xəzər (Bakı)
2018/19. MOİK (Bakı)
2019/20. Turan Tovuz
2020/21. Neftçi-2 (Bakı)
2021/22. Qaradağ Lökbatan (Bakı)
2022/23. Araz Naxçıvan
2023/24. Şamaxı
2024/25. Qəbələ
Qeyd edək ki, turnirin qalibləri həmin vaxt olduğu deyil, sonradan daşıdığı adla göstərilib.