AZ

Birinci rübdə Azərbaycanda qeyri-həyat sığortası üzrə yığımlar artıb

Bakı. Trend:

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda qeyri-həyatsığortası üzrə sığorta şirkətlərinin yığımları 129,8 milyon manattəşkil edib.

Trend bubarədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni ayları iləmüqayisədə 6,8 milyon manat və ya 5,5% çoxdur.

Eyni zamanda, hesabat dövründə qeyri-həyat sığortası üzrəödənişlərin həcmi 25,6 milyon manat təşkil edib. Bu isə 2024-cüilin yanvar-mart aylarındakı göstərici ilə müqayisədə 2,1 milyonmanat və ya 7,6% azdır.

Belə ki, 2024-cü ilin birinci rübündə Azərbaycanda qeyri-həyatsığortası üzrə sığorta şirkətlərinin yığımları 123 milyon manat,ödənişləri isə 27,7 milyon manat olub.

Qeyd edək ki, bu ilin birinci rübündə Azərbaycanda fəaliyyətgöstərən sığorta şirkətləri 399,1 milyon manat sığorta haqqıtoplayıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7% və ya26 milyon manat çoxdur.

Yanvar-mart aylarında sığorta şirkətləri 164 milyon manat ödənişedib ki, bu da, illik müqayisədə 10,7 milyon manat, yaxud da 7%çoxdur.

Belə ki, 2024-cü ilin birinci rübündə Azərbaycanda fəaliyyətgöstərən sığorta şirkətləri tərəfindən 373,1 milyon manat sığortahaqqı toplanıb, 153,3 milyon manat sığorta ödənişi edilib.

Hesabat dövründə toplanmış hər 100 manat sığorta haqqından 41,1manat sığorta ödənişi edilib.

Seçilən
19
4
az.trend.az

6Mənbələr