Fransa yığmasının və "Mançester Yunayted"in sabiq futbolçusu Patris Evra MMA-də debüt edəcək.
Offsideplus.az xəbər verir ki, o, ilk dəfə 23 mayda oktaqona çıxacaq. Fransalının rəqibi hələlik məlum olmayıb.
Evra isə özünə rəqib kimi Luis Suaresi görmək istəyir:
"İlk MMA döyüşümə çıxacağam. Məndən kimə qarşı döyüşmək istədiyimi soruşdular. L. Suareslə döyüşmək istəyirəm dedim.
Bütün xərcləri cibimdən ödəyə bilərəm. İstəsə, məni dişləyə bilər".
Qeyd edək ki, 2011-ci ildə keçirilən "Liverpul" - "Mançester Yunayted" matçında Suares Evraya qarşı irqçi ifadələr səsləndirmişdi. Uruqvaylı futbolçu buna görə 8 oyunluq cəzalandırılmışdı.