AZ

Azərbaycan-İsveçrə əməkdaşlığının hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirələr edilib

Bakı. Trend:

25 aprel 2025-ci il tarixində Bern şəhərində AzərbaycanRespublikası və İsveçrə Konfederasiyası Xarici İşlər Nazirlikləriarasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

Trend xəbərverir ki, bu barədə XİN məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikasının nümayəndə heyətinəxarici işlər nazirinin müavini Fariz Rzayev, İsveçrə nümayəndəheyətinə isə bu ölkənin Xarici İşlər üzrə Federal DepartamentininDövlət Katibinin köməkçisi, Avrasiya idarəsinin rəhbəri MurielPeneveyre rəhbərlik edib.

Məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi sahədə əlaqələrmüzakirə olunub, davamlı siyasi dialoqun saxlanılması üçünqarşılıqlı səfərlərin və beynəlxalq tədbirlər çərçivəsindəgörüşlərin əhəmiyyəti vurğulanıb. Daha sonra iqtisadiyyat,energetika, nəqliyyat və humanitar sahələrdə, o cümlədən beynəlxalqtəşkilatlar çərçivəsində əməkdaşlığın hazırkı vəziyyəti və inkişafperspektivləri ilə bağlı müzakirələr aparılıb.

Müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün müvafiqmüqavilə-hüquq bazasının inkişafının önəmi qeyd olunub.

F.Rzayev Azərbaycanın iqlim diplomatiyası və qlobal iqlimgündəliyinə töhfələri, ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına(COP29) sədrliyi, sessiya çərçivəsində irəli sürülən təşəbbüslər vəəldə olunan nailiyyətlərdən danışıb.

Görüşdə, həmçinin postmünaqişə dövründə bölgədəki vəziyyət,Ermənistan-Azərbaycan normallaşma prosesi, davamlı sülhün təminedilməsi istiqamətində ölkəmiz tərəfindən atılan addımlar, eləcə dəişğaldan azad edilmiş ərazilərimizdə mina problemi, orada həyatakeçirilən genişmiqyaslı bərpa-quruculuq işləri barədə ətraflıməlumat verilib.

Sonda tərəflər arasında həmçinin regional və beynəlxalqməsələlər, eləcə də birgə maraq kəsb edən digər mövzular ətrafındafikir mübadiləsi aparılıb.

Səfər zamanı F.Rzayev həmçinin digər işgüzar görüşlər dəkeçirib.

Seçilən
4
23
az.trend.az

10Mənbələr