AZ

Zelenski Papa Fransisklə vida mərasimində iştirak etmək üçün Romada səfərdədir

Kiyev, 26 aprel, AZƏRTAC

Ukrayna Prezidenti Volodimir Zelenski aprelin 26-da Romaya gedib. Ukrayna Prezidenti Papa Fransisklə vida mərasimində iştirak edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Prezidentin mətbuat katibi Sergey Nikiforov məlumat verib.

"Volodimir Zelenski, birinci xanım Yelena Zelenska və Ukrayna nümayəndə heyəti Papa Fransisklə vida mərasimində iştirak edəcəklər", - deyə o qeyd edib.

Xatırladaq ki, bir gün əvvəl Zelenski Roma Papası Fransiskin vida mərasiminə getməsə belə, onun dəfn mərasimində Ukraynanın təmsil olunacağını bildirmişdi.

 
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Seçilən
31
1
azertag.az

10Mənbələr