AZ

Qlobal miqyasda regional güc birliyi: Bakı və Pekin arasında yüksələn tərəfdaşlıq modeli

Bakı. Trend:

Prezident İlham Əliyev və Birinci vitse-prezident MehribanƏliyevanın Çinə rəsmi dövlət səfəri çox uğurlu oldu. Bu,Azərbaycan-Çin əlaqələrində yeni və mühüm bir mərhələdir.

Bunu Trend-əaçıqlamasında politoloq Elşad Həsənov deyib.

O xatırladıb ki, Ulu öndər Heydər Əliyev Çinlə iqtisadi, siyasi,diplomatik əlaqələrə böyük önəm verib və 1998-ci il sentyabrın 8-dəBakıda Azərbaycan Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə Böyükİpək Yolunun bərpası üzrə TRASEKA proqramı çərçivəsində Avropa vəAsiya dövlətlərinin başçılarının zirvə görüşü keçirilib:

“Yəni, bu, doğrudan da, çox tarixi bir məsələdir. Ötən il ŞanxayƏməkdaşlıq Təşkilatının Astanada keçirilən zirvə toplantısıçərçivəsində Azərbaycan Respublikası ilə Çin Xalq Respublikasıarasında Strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannaməimzalandı və bu gün biz bunu daha da irəli apararaq AzərbaycanlaÇin arasında Hərtərəfli strateji əməkdaşlıqla bağlı Birgə Bəyanatimzaladıq. Bu, Azərbaycan-Çin əlaqələrinə çox böyük töhfə verir vəbu əlaqələr gələcəkdə Azərbaycanın daha da inkişafına səbəbolacaq”.

E.Həsənov vurğulayıb ki, Azərbaycan Çinin iqtisadi, siyasiinkişafına öz layiqli töhfəsini verib:

“Azərbaycan Prezidenti öz çıxışında bildirdi ki, Çinin bugünküböyük inkişafında onun liderinin böyük rolu var. Azərbaycan-Çinmünasibətlərinin bu cür yüksək səviyyədə olmasına səbəb hər ikidövlət rəhbərinin bir-birinə olan qarşılıqlı hörməti, dostluqmünasibətləridir. Bu münasibətlərdən də Azərbaycan və Çin xalqıbəhrələnəcək və bu inkişafdan da biz yararlanacağıq.

Azərbaycan Çinin ərazi bütövlüyünü tanır. Yəni Tayvanı müstəqildövlətə çevirmək istəyən qüvvələrin əksinə olaraq, Azərbaycan daimaVahid Çini, onun ərazi bütövlüyünü dəstəkləyib. Çünki Azərbaycanuzun illər özü bu məsələdən əziyyət çəkib. Qarabağda aparılanmübarizənin nəticəsində BMT-nin tanıdığı kimi Azərbaycan özsuverenliyini bərpa edib və bu gün Çin də həmin problemlərləüz-üzədir. Azərbaycan da bu sahədə Çinə dəstəkdir”.

Politoloqun sözlərinə görə, son dövrlər Çinin ticarət əlaqələriQazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə, Avropa istiqamətindədaha da artıb:

“Azərbaycan Orta Dəhlizin inkişafına daim dəstək göstərib. Onagörə də Çin bu sahədə də Azərbaycana həmişə minnətdarlığınıbildirib və dəstək olub. Eyni zamanda, alternativ enerji istehsalıüzrə Çinlə birgə şirkətlərimiz var və bu sahədə də böyük işlərgörülür. Çin BMT, Şanxay Əməkdaşlıq Təşkilatı və digər beynəlxalqtəşkilatlarla əməkdaşlıqda daim Azərbaycanı dəstəkləyib vəAzərbaycan da Çinə qarşı həmişə öz müsbət fikrini bildirib”.

Politoloq əlavə edib ki, Azərbaycan rəhbərliyinin Çinə bu tarixisəfərinin çox böyük siyasi, iqtisadi, ticari əhəmiyyəti var:

“Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına dəvət olunması,Prezident İlham Əliyevin Çin rəhbərini Azərbaycana dəvət etməsi həriki dövlət rəhbəri və eyni zamanda xalqlarımız arasında dostluğundaha da inkişaf etdiyini göstərir. Çinlə olan ticarətəlaqələrimizin bundan sonra da artacağı gözlənilir. Çinin 300-əyaxın şirkəti Azərbaycanın müxtəlif sahələrində aktiv fəaliyyətgöstərir. O cümlədən, “yaşıl enerji” istehsalı sahəsində də Çin vəAzərbaycan şirkətləri birgə tədbirlər həyata keçirir. Bu dostluq vəstrateji tərəfdaşlıq bundan sonra da daim inkişaf edəcək vəölkələrimiz arasında etimadın daha da artmasına səbəb olacaq”, -deyə o fikrini yekunlaşdırıb.

Məqalədə:
Seçilən
10
az.trend.az

1Mənbələr