Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyi tərəfindən dəniz kənarında inşaedilən qanunsuz tikili sökülüb.
Bu barədə Trend-ə FHN-in Mətbuat xiodmətindən məlumatverilib.
Bildirilib ki, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyitərəfindən səlahiyyətləri daxilində respublika ərazisində qanunsuztikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davametdirilir.
"Bu çərçivədə, Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazişöbəsi tərəfindən Sumqayıt-Novxanı avtomobil yolunun Sumqayıtşəhəri ərazisindən keçən hissəsində dəniz kənarında “Santo Mare”MMC tərəfindən qanunsuz tikinti işlərinin aparılması faktı aşkaredilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədiləFövqəladə Hallar Nazirliyinə müraciət edilib.
Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət DövlətAgentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi vəƏmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinin iştirakı iləhəyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikilisökülüb", - məlumatda qeyd edilib.