Rafael Fiziyev iyunun 21-də Bakıda keçiriləcək UFC döyüş gecəsində iştirakı rəsmən açıqlanıb.
Offsideplus.az xəbər verir ki, daha öncə döyüşçümüzün rəqibi barədə məlumat vermişdik. 32 yaşlı yüngül çəki dərəcəsində mübarizə aparan döyüşçümüz Azərbaycanda İqnasio Bahomandes ilə üz-üzə gələcək. Bu qarşılaşma gecənin ikinci əsas döyüşü olacaq.
Rafael bundan əvvəl 12 qələbə və 5 məğlubiyyət yaşayıb, çilili rəqibindəki göstərici isə belədir: 17 qələbə, 5 məğlubiyyət.
Xatırladaq ki, hər iki idmançı son olaraq mart ayında baş tutmuş UFC313-də çıxış edib. İqnasio ABŞ-li rəqibi Jalin Törneri ilk raunnda məğlub etmiş, Rafael isə Castin Qeyciyə uduzmuşdu.
Xatırladaq ki, gecənin əsas döyüşü Camahal Hill və Xalil Rountri arasında baş tutacaq.