AZ

Suriya ABŞ-nin tələblərinə cavab verdi

BAKI, 26 aprel. TELEQRAF

“Reuters” agentliyinin əldə etdiyi məktubun məzmununa əsasən, Suriya ABŞ-nin sanksiyaların qismən ləğvi üçün şərtlər siyahısına yazılı cavab verib.

Teleqraf xəbər verir ki, Dəməşq onların əksəriyyətinə əməl etdiklərini, bəzilərinin isə Vaşinqtonla qarşılıqlı anlaşma tələb etdiyini bildirib.

Mart ayında ABŞ Suriyaya Dəməşqin yerinə yetirməsini istədiyi 8 şərtin siyahısını təqdim edib. Bura həmçinin kimyəvi silahların qalan ehtiyatlarının məhv edilməsi və əcnəbilərə hökumətdə rəhbər vəzifələr verilməməsinin təmin olunması daxildir.

Dəməşq təsdiqləyib ki, ABŞ-nin sanksiyalarının yumşaldılması üçün şərtlərin əksəriyyətinə əməl edib və həll olunmamış məsələlərdə qarşılıqlı anlaşmaya çalışır.

Məktubda qeyd olunur ki, Suriya ölkədəki Fələstin hərəkatlarının fəaliyyətinə nəzarət etmək üçün komitə yaradır və bu məsələ ilə bağlı əlavə müzakirələr aparmağa çalışır.

“Reuters”ə görə, Suriya həmçinin İsrail də daxil olmaqla, heç bir tərəf üçün təhlükə yaratmayacağını bildirib.

“Suriya ordusunda əcnəbi döyüşçülərin olması məsələsi daha geniş məsləhətləşmələr tələb edir, amma onlara hərbi rütbələrin verilməsi dayandırılıb”, - məktubda deyilir.

Seçilən
18
teleqraf.com

1Mənbələr