İstanbul Böyükşəhər Bələdiyyəsində (İBB) korrupsiyaya qarşı ikinci geniştərkibli əməliyyat keçirilib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Əməliyyat çərçivəsində aralarında yüksək vəzifəli şəxslərin olduğu 47 nəfər saxlanılıb. Altı nəfərin isə axtarışları davam etdirilir.
Xatırladaq ki, İBB-yə qarşı əməliyyatların ilk dalğası martın 19-da həyata keçirilib. Əməliyyatlar zamanı 94 şübhəli saxlanılıb, onlardan 54-ü həbs edilib.