Fəlakət və Fövqəladə Hallar Departamentinin son məlumatlarına görə, İstanbulun Beylikdüzü rayonu sahillərində Mərmərə dənizində 4,3 bal gücündə zəlzələ baş verib. Saat 20:33-də baş verən yeraltı təkan yerin 7,01 kilometr dərinliyində baş verib.
Aprelin 23-də Silivri sahillərində İstanbulda böyük qorxuya səbəb olan 6,2 bal gücündə zəlzələdən sonra Mərmərə dənizində silsilə təkanlar davam edir.
***
Mərmərə dənizində baş verən son zəlzələlərin siyahısı...
Mərmərə dənizi: 22:55 3,2
Mərmərə dənizi: 22:54 3,2
Mərmərə dənizi: 21:07 3,7
Mərmərə dənizi: 21:06 3,5
Mərmərə dənizi: 20:33 4,3
Mərmərə dənizi: 20:21 3,5
Mərmərə dənizi: 18:32 3.4
Yeraltı təkanları Əsənyurd, Böyükçəkməcə və Arnavutköy, Kiçikçəkməcə və Zeytunburnu kimi rayonlarda hiss edən vətəndaşlar evlərindən çölə axışıb. Zəlzələ səbəbiylə vətəndaşların gecəni küçələrdə keçirib.