AZ

La Liqa prezidenti: “Real” etiraz etmir, təzyiq göstərir”

La Liqanın prezidenti Xavyer Tebas “Real”ın hərəkətlərinə cavab verib.

Futbolpress.az xəbər verir ki, Madrid klubu İspaniya kubokunun finalında “Barselona” ilə oyunda hakimlərin sözlərinin qəbuledilməz olduğunu bildirib. Hakim və VAR daha əvvəl “Real”ın klub televiziyasında silsilə xətaların yer aldığı videoya görə şikayət etmişdilər. Hakim Rikardo de Burqos övladlarının təhdidlərlə üzləşdiyini bildirib. Hakim mətbuat konfransında hətta ağlayıb. Tebas məsələylə bağlı açıqlama verib:

“Bu futbol deyil, güc ələ keçirməkdir. Utanmazlıq. “Real” etiraz etmir, təzyiq göstərir. Şikayət etmirlər, hədələyirlər. Onlar futbolu inkişaf etdirmək istəmirlər, ona nəzarət etmək istəyirlər”.

“Barselona” – “Real” matçı aprelin 27-si saat 00:00-da keçiriləcək.

Seçilən
11
futbolpress.az

1Mənbələr