BAKI, 26 aprel. TELEQRAF
Dnepropetrovsk vilayətinin Kamenskoye şəhəri Rusiyanın PUA-larının hücumuna məruz qalıb.
Teleqraf xəbər verir ki, bu barədə “RBC-Ukrayna” məlumat yayıb.
Məlumata görə, rusların hücumu zamanı doqquzmərtəbəli yaşayış binası vurulub. Təcili yardım xidmətləri hadisə yerində işlərini davam etdirir.
İlkin məlumata görə, biri uşaq olmaqla 3 nəfər xəsarət alıb.