“Ukrayna üçün Avropa İttifaqına (Aİ) qoşulmaq hələ tezdir”.
Publika.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.
Onun sözlərinə görə, Brüssel Ukraynanı israrla ümumavropa dövlətlər ailəsinə sürükləmək istəyir.
“Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen Avropa Parlamentində bildirib ki, Ukraynanı 2030-cu ilə qədər Aİ-də görmək istəyir. Bu, artıq bizim qapımızın zənginin çalındığı deməkdir. Ola bilsin ki, 20, 30, 40 ildən sonra Ukrayna qoşulmaq üçün həqiqətən də lazım olan şərtləri yerinə yetirə biləcək və eyni zamanda da Macarıstanın iqtisadiyyatını məhv etməyəcək. Lakin bu, yaxın gələcəkdə baş verməyəcək. Ukraynanın Aİ-yə üzvlük məsələsi bütün Avropa İttifaqı üçün yaxın altı ayda ən mürəkkəb və ən böyük döyüş olacaq”, - deyə hökumət başçısı bildirib.