Bakı. Trend:
Ümumdünya Ticarət Təşkilatı (ÜTT) yaxın iki il ərzində MüstəqilDövlətlər Birliyi (MDB) ölkələrində iqtisadi artım tempininazalacığını gözləyir.
Trend xəbər verirki, ÜTT-nin son proqnozuna əsasən, 2025-ci ildə bazar məzənnəsi iləMDB ölkələrində ÜDM artımı baza ssenarisində 2,2 faiz, düzəlişedilmiş ssenaridə isə 2,3 faiz təşkil edəcək. 2026-cı ildə hər ikissenari üzrə 1,8 faizə qədər daha da azalacığı gözlənilir.
Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə ÜDM-in artımı 3,9 faiz,2024-cü ildə isə 4,3 faizə çatıb.
İlin əvvəlində ÜTT iqtisadçıları 2025 və 2026-cı illərdə qlobalticarətdə artımın davam edəcəyini, malların ticarətinin ÜDM-ə uyğunartacağını və kommersiya xidmətləri ticarətinin bu artımıüstələyəcəyini proqnozlaşdırırdılar. Bununla belə, yanvar ayındanelan edilən və tətbiq edilən yeni tarif tədbirlərinin sayınınartması proqnozlara yenidən baxılmasını məcbur edib.
Yeni rüsumların təsirini və artan ticarət siyasətiqeyri-müəyyənliyini nəzərə alaraq, ÜTT hazırda 2024-cü ildəki 2,9faiz artımla müqayisədə 2025-ci ildə ticarət həcmində 0,2 faizazalma proqnozlaşdırır. Qlobal tələbin zəifləməsi fonunda 2026-cıildə 2,5 faiz qədər bərpa gözlənilir. Kommersiya xidmətləriticarətinin keçən il 6,8 faiz artdıqdan sonra bu il 4 faizə qədəryavaşlayacağı, 2026-cı ildə yenidən 4,1 faizə qədər sürətlənəcəyitəxmin edilir.