BAKI, 25 aprel. TELEQRAF
Fransa çempionatının 31-ci turunun açılış oyununda çempion PSJ öz meydanında gözlənilmədən “Nitsa”ya uduzub – 1:3.
Teleqraf xəbər verir ki, Paris klubunun italiyalı məşhur qapıçısı Canluici Donnarumma oyunun ən zəifi seçilib.
“Flashscore”də yer alan məlumata görə, parislilərin start heyətində meydana çıxan qolkiperə matçdan sonra 5,3 bal verilib.
Hər iki komandada Donnarummadan aşağı nəticə göstərən olmayıb.