Çexiyanın daxili işlər naziri Vit Rakusan deyib ki, lazım gələrsə, keçmiş qapıçı Dominik Qaşek dövlət himayəsinə keçəcək.
Publika.az xəbər verir ki, bu barədə “AP News” məlumat yayıb.
Xatırladaq ki, Qaşek Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin Telegram kanalında yazdığı mesajdan sonra Beynəlxalq Olimpiya Komitəsi (BOK) və Beynəlxalq Buz Hokkey Federasiyasına (IIHF) məktublar göndərib.
O, Medvedev tərəfindən ölümlə hədələndiyini bildirib.